AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

Geri

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Lənkəran şəhərində birgə taktiki-xüsusi təlim keçirib. Təlimdə FHN-in Baş əməliyyat idarəsi, Cənub Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 şəhər və rayon bölmələrinin rəhbərləri və könüllüləri iştirak ediblər.

“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil olunan təlim-məşqin keçirilməsində əsas məqsəd təbii fəlakətlər zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, təlim iştirakçılarının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının daha da artırılması olub.

Təlimin nəzəri hissəsində dəyirmi masa ətrafında təlim haqqında ətraflı məlumat verilib, təlimin ssenarisi müzakirə edilib.

Təlimin praktiki hissəsində şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, yanğının söndürülməsi, qurumların qarşılıqlı səyi ilə təhlükəli ərazilərdən insanların təxliyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanayaqədərki ilk yardımın və stress yaşayan insanlara ilk psixoloji dəstəyin göstərilməsi üzrə əməliyyatlar uğurla icra edilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Digər məlumatlar

FHN-in regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 32 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. ...

Ardını oxu