AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil ocağının pedaqoji heyətini əlamətdar gün münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin nüfuzundan söz açan B.Salayev bildirib ki, müəllim hər şeydən əvvəl savad və dünyagörüşü ilə böyük bir nəsil tərbiyə edir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan rəis B.Salayev müəllim əməyinin əhəmiyyətindən danışıb, möhtərəm Prezident İlham Əliyevin də Ulu Öndərin müdrik siyasətini davam etdirərək təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Akademiyanın Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının baş müəllimi baş leytenant Aysel Süleymanova Beynəlxalq Müəllimlər Günü ilə bağlı çıxış edib, bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Sonra bir qrup professor və müəllim təhsil sahəsində uğurlu fəaliyyətlərinə görə Beynəlxalq Müəllimlər Günü münasibətilə FHN-in Akademiyasının rəhbərliyi tərəfindən fəxri fərman ilə təltif olunub.

Sonda Akademiyada işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi olub. Gənc müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli surətdə and içib və andiçmənin yazılı mətnini imzalayıblar.

 

Digər məlumatlar

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu