AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd 122 mm-lik OF-56 artilleriya mərmisi, bir ədəd 82 mm-lik OF-832 minaatan minası və bir ədəd 122 mm-lik BK-M mərmisi olduğu müəyyən edilib.
Mərmilər pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib. ...
Ardını oxuMayın 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu