AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

24 yanvar 2023-cü il saat 16:30-dək:

Zərdab şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

24 yanvar 2023-cü il saat 14:15-dək:

Gəncə şəhərində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 yanvar 2023-cü il saat 12:30-dək:

Şəki şəhərinin Kiçik Dəhnə kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 300 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 yanvar 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

24 yanvar 2023-cü il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

24 yanvar 2023-cü il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.