AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYATLARI DÖVLƏT AGENTLİYİ

Geri

28 sentyabr 2022-ci il saat 07:45-dək:

Ağsu rayonunun Padarqışlaq kəndində həyətyanı sahəyə yığılan 6,5 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

28 sentyabr 2022-ci il saat 02:45-dək:

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə təqribən 1 ha sahədə məişət tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 sentyabr 2022-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.