AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasında Jandarma Baş Komandanlığının Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi tərəfindən təşkil edilən kurslarda iştirak ediblər.
Xüsusi Riskli Xilasetmə Xidmətinin 6 nəfər əməkdaşı Ankara şəhərində təşkil olunmuş kurslarda tədrisi uğurla başa vuraraq xidməti yerlərinə qayıdıblar. Əməkdaşlar tədris müddətində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, kurslarda Azərbaycan tarixi haqqında geniş təqdimatlar veriblər.
Kursun yekununda əməkdaşlara təlim-tədris prosesini uğurla bitirmələri barədə sertifikatlar təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub....
Ardını oxuXankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin şəxsi heyəti üçün “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. ...
Ardını oxu