AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ






Geri

Qusar rayonunda leysan nəticəsində köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib (video, foto)

Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu