AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ






Geri

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.

Tədbirdə BMMT-nin baş katibi Yap Maritu İcraiyyə Şurasının 53-cü sessiyasından sonra görülmüş işlərdən bəhs edərək rəhbərlik etdiyi təşkilatın 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddətə dair fəaliyyət hesabatını səsləndirib. Baş katib təşkilatın fövqəladə hallarla mübarizə məqsədilə yaradılacaq dəstəsi, bu sahədə fəaliyyəti tənzimləmək üçün ekspertlər qrupunun təşkilini nəzərdə tutan BMMT-nin regional platformalarının gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sessiyada BMMT-nin daxili reqlamentinə edilən dəyişikliklərlə bağlı sənəd layihəsi üzv dövlətlərin təmsilçilərinə təqdim edilib.

Sessiyanın son günündə, iclasın gündəliyinə əsasən, BMMT İcraiyyə Şurasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu