AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ







Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Onlar müvafiq rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 ya­şı 15 sentyabr 2020-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2020-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər iyun ayının 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Abituriyentlər aşağıda qeyd edilmiş telefon, “WhatsApp” və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları:  (012) 512-41-61;  (012) 512-41-20.

WhatsApp: (050) 226 77 41

Email: sqk@fhn.gov.az 

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar. 

Digər məlumatlar

FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər

3 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları Binə qəsəbəsində yaşayan, iki oğlu Vətən müharibəsində şəhid olmuş Məmmədovlar ailəsini ziyarət ediblər. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən inzibati tədbirlərin görülməsi davam etdirilir (video)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən mənzil-tikinti kooperativinə məxsus yaşayış binasında plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə......

Ardını oxu

FHN-də ABŞ-ın “Samaritan`s Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib (Video - Foto)

Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) xristian-yevangelist beynəlxalq humanitar təşkilatlarından olan “Samaritan`s Purse”nin Proqramlar və Hökumətlə Əlaqələr üzrə vitse-prezidenti Ken İsaaksın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Fövqəladə Hallar Nazirliyində olub. ...

Ardını oxu