AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

25 mart 2023-cü il saat 20:30-dək:

Bakı şəhərinin Xətai rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin dəhlizində 8 m² sahədə taxta tullantıları və tavanı 8 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 3 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 mart 2023-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Geri

25 mart 2023-cü il saat 16:15-dək:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Kolayır kəndində ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları 1 m² sahədə və altına yığılan 1,4 ton ot bağlamasının 0,4 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 mart 2023-cü il saat 14:30-dək:

Ağdam rayonunun İkinci Yüzbaşılı kəndində ferma ərazisində yığılan 8 ton ot bağlamasının 6 tonu və ətrafda 30 m² sahədə kol-kos yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.