AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Samux rayonunun Kolayır kəndində ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları 1 m² sahədə və altına yığılan 1,4 ton ot bağlamasının 0,4 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdam rayonunun İkinci Yüzbaşılı kəndində ferma ərazisində yığılan 8 ton ot bağlamasının 6 tonu və ətrafda 30 m² sahədə kol-kos yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.