AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

03 dekabr 2023-cü il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxdə 0,5 p.m mebel yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 dekabr 2023-cü il saat 08:15-dək:

Xaçmaz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə, mətbəxinin tavanı və mətbəxdə olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 dekabr 2023-cü il saat 08:00-dək:

Zaqatala rayonunun Danaçı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 dekabr 2023-cü il saat 07:55-dək:

Kürdəmir rayonunun Qurdbayram kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri və salonuna yığılan əşyalar qismən yanıb. Əşyaların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.