AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ







Geri

02 avqust 2021-ci il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında "Hacıyusif yaylağı" adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilasedicilər tərəfindən çətin keçilən mürəkkəb relyefli ərazi ilə xərək vasitəsilə daşınaraq təhlükəsiz əraziyə təxliyə olunub və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadasına təhvil verilib.

Geri

02 avqust 2021-ci il saat 21:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda qəbiristanlıq ərazisində təxminən 100 m² sahədə quru ot və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 avqust 2021-ci il saat 20:30-dək:

Ucar rayonunun Qazyan kəndində həyətyanı sahədə 200 ton ot bağlamasının 140 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Qusarçay kəndində həyətyanı sahədə 1 ton ot bağlaması və 1 ədəd tut ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Suqovuşan kəndində həyətyanı sahədə 12 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Qasbinə kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 avqust 2021-ci il saat 16:35-dək, ilkin məlumata əsasən:

01.08.2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi) meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır.

Əlavə məlumat veriləcək.

Geri

02 avqust 2021-ci il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

02 avqust 2021-ci il saat 15:30-dək:

Xaçmaz rayonunun Pirquluoba kəndində həyətyanı sahədə 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan bir dam altında tikilən 7 ailənin yaşadığı evlərdən ümumi sahəsi 50 m² olan evin yanar konstruksiyaları və ümumi sahəsi 30 m² olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, digər otağın tavanı 2 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Ağabəyli kəndində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 avqust 2021-ci il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Şəki şəhərində heyvan faktorunun (inək) su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

02 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

02 avqust 2021-ci il saat 06:45-dək:

İsmayıllı rayonunun Mican kəndində həyətyanı sahəyə yığılan 9 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

02 avqust 2021-ci il saat 04:00-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli  evin dam örtüyünün yanar konstruksiyaları və tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri

02 avqust 2021-ci il saat 02:10-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun İkinci Nügədi kəndində “ГАЗел” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Geri

02 avqust 2021-ci il saat 02:00-dək:

Qazax rayonunun Birinci Şıxlı kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.