AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ







Geri

21 aprel 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

21 aprel 2021-ci il saat 08:45-dək:

Şirvan şəhərində ümumi sahəsi 35 m² olan tikintisi başa çatmayan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları 20 m² sahədə və içərisinə yığılan məişət tullantıları, bitişik ümumi sahəsi 50 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən digər birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Hər iki tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 aprel 2021-ci il saat 07:30-dək:

Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 aprel 2021-ci il saat 01:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Geri

21 aprel 2021-ci il saat 00:35-dək:

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 250 m² olan ofisdə tavan 120 m² sahədə, 1 ədəd elektrik lövhəsi və kabel 4 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Geri

21 aprel 2021-ci il saat 00:15-dək:

Ağsu rayonunun Ərəbmehdibəy kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 48 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 aprel 2021-ci il saat 00:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.