AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
 
 
Belə ki, Bakı şəhərinin Sabunçu rayonunun Nardaran, Kürdəxanı və Xəzər rayonunun Buzovna qəsəbələri ərazisində, eləcə də Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
 
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, o cümlədən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Aqşin Kazımovun rəhbərliyi ilə Xidmətin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. ...

Ardını oxu