AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN-in əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər (video, foto)

13-20 sentyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər.

Yarışlardan əvvəl iki günlük “Jer-2023” seysmik təlimi keçirilib.

Təlimin əsas məqsədi mülki mühafizə qüvvələrinin zəlzələlər zamanı görüləcək tədbirlərə hazırlıq səviyyəsinin artırılması olub.

Yarışlarda 6 ölkəni təmsil edən 11 komanda iştirak edib. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı bilik və bacarıqlarını, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışlarda FHN-in komandası uğurla çıxış edərək kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bundan əlavə, əməkdaşlarımız tədbir çərçivəsində Qazaxıstan Fövəqladə Hallar Nazirliyinin Almatı şəhərinin Fövqəladə Hallar Departamentinin qüvvə və vasitələri ilə yerində tanış olublar.

Qeyd edək ki, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov FHN-in komandası ilə görüşüb və komandanın çıxışını yüksək qiymətləndirib.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu