AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikasında radioloji fəaliyyətlə məşğul olan tibb və sənaye müəssislərinin mütəxəssisləri, həmçinin radiasiya aşkarlama və nəzarət funksiyalarını icra edən dövlət orqanlarının nümayəndələri iştirak edib.

Seminarın keçirilməsində məqsəd radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi üzrə təcrübə mübadiləsinin aparılması, bu sahədə nəzarət funksiyalarının həyata keçirilməsində mövcud qanunvericilik tələblərinin icmalı, həmçinin sənaye və tibb müəssisələrində spesifik sahələr üzrə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin müzakirəsi olub.

İki gün davam edən seminarda gündəliyə uyğun olaraq FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti mövzulara dair təqdimatlarla çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

Seminarda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu