AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN-in Muğan Regional Mərkəzi mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.

Kurslara 1400-ə yaxın müəllim cəlb olunub.

Kurslarda FHN-in Muğan Regional Mərkəzinin və digər yerli qurumlarının, Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadalarının, regionda fəaliyyət göstərən rayonların təhsil sektorlarının əməkdaşları iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.

Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

Zəfər parkı ziyarət edilib (video, foto)

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər. ...

Ardını oxu

FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. ...

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb (video, foto)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ...

Ardını oxu