AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN Mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
 
 
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
 
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin şəxsi heyəti üçün “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. ...

Ardını oxu