AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN-in regional mərkəzlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlərdə regional mərkəzlərin şəxsi heyəti ilə yanaşı, Nazirliyin həmin regionlarda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları da iştirak edib.

Tədbirlər soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirlərdə ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmaları tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş qanlı soyqırımı barədə geniş məlumat verilib. Bildirilib ki, bu ərazilərdə dinc əhaliyə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri kütləvi şəkildə dağıdılaraq məhv edilib. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil quldur dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulub.

Qeyd edilib ki, azərbaycanlılara qarşı ötən əsrin ən qanlı cinayətlərindən olan bu soyqırımı ilə əlaqədar həqiqətlərin üzə çıxarılması, dünya ictimaiyyətinə çatdırılması məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyev xüsusi həssaslıqla yanaşıb. Məhz Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmana əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi anılır.

Tədbirlərdə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş qətliamla bağlı həqiqətlərin təbliği, o cümlədən gənc nəslin tarixi gerçəkliklərdən xəbərdar olması, gələcək nəsillərə ötürülməsi, soyqırımı qurbanlarının xatirələrinin əbədiləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında böyük işlərin görüldüyü qeyd edilib.

Bundan başqa, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, maddi sübutların toplanması, soyqırımı qurbanlarının xatirəsinin daim ehtiramla anılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlərin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Digər məlumatlar

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun... ...

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə növbəti müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, ...

Ardını oxu