AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs edib, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb. Qeyd olunub ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi şəkildə bəyan olunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında” 2009-cu il 30 dekabr tarixli Sərəncam Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm addımdır. Akademiya rəisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tarixi ilə bağlı həqiqətlərin, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən də danışıb.

Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında və hərbi hissələrində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda videokonfrans rejimində III beynəlxalq seminar keçirilib. ...

Ardını oxu