AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Qaradağ rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd qış mövsümündə rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti xidmətlər və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov birgə fəaliyyəti özündə ehtiva edən bu müşavirəni rayon ərazisində yanğın təhlükəsizliyi və mülki müdafiə sahəsində atılan qabaqlayıcı addımlar üçün səmərəli iş prinsipi kimi dəyərləndirib, hər iki sahədə görülən işlər barədə ətraflı məlumat verib. O, həmçinin sakinlərin təhlüksizliyi baxımından aparılan təbliğat işinin vacibliyini qeyd edib. Natiq tədbirin əhəmiyyətini, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə əməli fəaliyyətlə yanaşı təcrübə mübadiləsinin də vacibliyini vurğulayıb.

Sonra çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov mülki müdafiə sahəsində mövcud vəziyyəti qiymətləndirib. Eyni zamanda, rayon ərazisində yerləşən mülki müdafiə obyektlərinin daim nəzarətdə saxlanılmasının vacibliyini qeyd edərək, yaşayış massivlərində təhlükəsiz toplanış məntəqələrinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Daha sonra tədbirdə çıxış edənlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” və “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində aparılmış monitorinqin nəticələri müşavirə iştirakçılarına təqdim edilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirədə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu