AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ








Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti taxıl və meşə sahələrində silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Beyləqan, Ağcabədi və Yevlax rayonlarının ərazisində yerləşən taxıl və meşə sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Maarifləndirmə tədbirlərində sözügedən rayonların aidiyyəti qurumlarının nümayəndələri, sahibkarlar və meşə təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb.

Tədbirlərdə, həmçinin meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Eyni zamanda, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli hava elektrik xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, göstərilən mövzularda silsilə tədbirlər digər rayonlarda da keçirilir.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib

8 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu...

Ardını oxu