AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ








Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “28 May - Müstəqillik Günü” qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru dosent Bəhruz Məhərrəmov, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiya rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov iştirakçıları salamlayaraq onları Müstəqillik Günü münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub.

Rəisin birinci müavini müasir müstəqil və güclü Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışıb. Qeyd edib ki, məhz xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin güclü iradəsi, zəngin siyasi təcrübəsi və hədsiz Vətən sevgisi sayəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Bu gün Ümummilli Liderin mütərəqqi siyasi kursunun mahir davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. O, cənab Prezidentin müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin daha da qüdrətlənməsi üçün həyata keçirdiyi irimiqyaslı islahatlardan söz açıb, onun misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov iştirakçıları təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən söz açaraq qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət mürəkkəb, lakin şərəfli yol keçib. Bildirib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan xalqı qısa müddət sonra qovuşduğu müstəqilli itirmək təhlükəsi ilə üz-üzə qaldı. Yalnız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi, Vətəninə, xalqına bağlılığı sayəsində xalqımız müstəqilliyini qoruyub saxlaya bildi. O, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının qazandığı tarixi Qələbədən, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən misli görünməmiş tikinti-bərpa və quruculuq işlərindən, bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

Qəbələdə Ümumrespublika birinciliyinə start verilib

25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. ...

Ardını oxu

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib. ...

Ardını oxu