AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ








Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi ərazilər subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Belə ki, FHN-in “112" qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Gəncə və Yevlax şəhərlərində, Qəbələ rayonunun Nohurqışlaq kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb.

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

Qəbələdə Ümumrespublika birinciliyinə start verilib

25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. ...

Ardını oxu

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib. ...

Ardını oxu