AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ








Geri

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyən 1 nəfər və Xaçmaz rayonu, Şıxhaput kəndində sel nəticəsində minik avtomobilində təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Gəncə şəhərində yanğınla nəticələnən partlayış zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun və Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş yanğın zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

Qəbələdə Ümumrespublika birinciliyinə start verilib

25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. ...

Ardını oxu

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib. ...

Ardını oxu