AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.
Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxu25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. ...
Ardını oxu26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib. ...
Ardını oxu