AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti beynəlxalq turnirlə əlaqədar maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını vaxtında almaq, müəssisələrin bu sahədə fəaliyyət göstərən əməkdaşlarının yanğın təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Bu çərçivədə, növbəti belə tədbirlər 25-27 noyabr 2022-ci il tarixlərdə Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə “1st İnternational “Ojaq Cup" beynəlxalq turniri ilə əlaqədar olaraq, nümayəndə heyətlərinin yerləşəcəyi "Coutyard by Marriott Baku" və "Sport Plaza & Apartments" mehmanxanalarında keçirilib.

Tədbirlərdə müəssisənin bütün əməkdaşlarının yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi qeyd olunub. Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.

Həmçinin, yanğın zamanı zəruri davranışlar və insanların təhlükəsizliyinin təmin edilməsindən söz açılıb, su təchizatı ilə əlaqədar müvafiq tələblər barədə söhbət aparılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.

Digər məlumatlar

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. ...

Ardını oxu