AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ







Geri

FHN “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin "Dərnəgül” metro stansiyasında biirgə yanğın-taktiki təlim keçiriblər.

Təlim-məşqin mövzusu “Dərnəgül” stansiyasının 2-ci baş yolunda dayanan qatarın 1-ci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcıyla məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılmaqla yanaşı, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüblər.

Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, Metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Digər məlumatlar

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti 12-15 sentyabr 2021-ci il tarixlərində Ukrayna Respublikasının Xarkov şəhərində işgüzar səfərdə olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə Dövlət Universitetində və Şəmkir rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına 2 nömrəli tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Yevlax şəhər 4 nömrəli, Tərtər şəhər 1 nömrəli, Goranboy şəhər......

Ardını oxu