AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 02 iyul 2022-ci il
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. 02 iyul 2022-ci il
21-29 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib. 02 iyul 2022-ci il
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda...
Yevlax şəhərinin Cırdaxan kəndində, ferma ərazisində ümumi sahəsi 350 m² olan talvarın altına yığılan 22 ton ot bağlamasının 6 tonu...
Beyləqan şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub...
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.
Xidmətin fəaliyyəti haqqında
Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;
Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.