AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Cəlilabad rayonunun Təzəkənd kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan kafenin mətbəxində mebel 1 p.m yanıb. Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 390 m² (hər mərtəbəsi 130 m²) olan mansarda tipli ikimərtəbəli evin mansardasında 1 ədəd soyuducu, 1 ədəd televizor, 3 p.m mebel, taxtadan ibarət üzlük və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Goranboy rayonunun Şəfibəyli kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Sabunçu rayonunda "Москвич" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.