AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ






Geri

18 sentyabr 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Pavloviç Valeri İvanoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

18 sentyabr 2021-ci il saat 20:30-dək:

Hacıqabul rayonunda "Mercedes" markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 sentyabr 2021-ci il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

18 sentyabr 2021-ci il saat 17:30-dək:

Balakən rayonunun Sarıbulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Qudula kəndində ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda "Audi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 sentyabr 2021-ci il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda ikimərtəbəli evin damından 2 nəfərin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlar evin damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Geri

18 sentyabr 2021-ci il saat 15:00-dək:

Qax rayonunda ümumi sahəsi 160 m² olan (hər mərtəbəsi 80 m²) ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, ikinci mərtəbəsində 1 otaq və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində həyətyanı sahədə yığılan 8 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunda ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 6 otaqlı evin 1 otağında ev əşyaları 48 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 sentyabr 2021-ci il saat 11:30-dək:

Ağdaş rayonunun Şıxlı kəndində ümumi sahəsi 55 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 sentyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

18 sentyabr 2021-ci il saat 07:30-dək:

Zaqatala rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli (hər mərtəbəsi 100 m²) 4 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Hindarx qəsəbəsində həyətyanı sahəyə yığılan 16 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

18 sentyabr 2021-ci il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı dirəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

18 sentyabr 2021-ci il saat 01:30-dək:

Göygöl rayonunda “ГАЗел” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.