AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ







Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad şəhər 4 nömrəli, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəblərində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

Məktəblərin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar haqqında, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibdliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.

Digər məlumatlar

FHN Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhər 5 nömrəli, Şəki rayon Qoxmuq kənd, Zaqatala şəhər 2 nömrəli, Qəbələ şəhər 4 nömrəli, Şamaxı şəhər 1 nömrəli, Ağsu şəhər 3 və 4 nömrəli tam orta məktəblərində......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri, Vidadi küçəsində 1 nəfər vətəndaşın beton kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu