AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ







Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

29 iyul 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən on mərtəbəli mansard tipli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sakinlər təxliyə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə Dövlət Universitetində və Şəmkir rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına 2 nömrəli tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Yevlax şəhər 4 nömrəli, Tərtər şəhər 1 nömrəli, Goranboy şəhər......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu