AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Geri

22 sentyabr 2022-ci il saat 22:30-dək:

Lerik rayonunun Lələdulan kəndində ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar şəhərində ümumi sahəsi 96 m² olan köməkçi tikilinin tavanı 40 m² sahədə və içərisinə yığılan taxta qırıntıları yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 20:30-dək:

Şəki şəhərinin İnçə kəndində ümumi sahəsi 228 m² olan kürsülü, birmərtəbəli 6 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunun Zarağan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Geri

22 sentyabr 2022-ci il saat 17:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 14:30-dək:

Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə və çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 11:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 25 m² olan natamam tikilinin yanar konstruksiyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

22 sentyabr 2022-ci il saat 08:30-dək:

Quba rayonunun Gədikqışlaq kəndində ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə və damına yığılan 8 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 08:00-dək:

Lənkəran şəhərinin İstisu qəsəbəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 28 m² olan tövlənin dam örtüyü 5 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 04:15-dək:

Masallı rayonunun Qəriblər kəndində ümumi sahəsi 30 m² olan qarajın dam örtüyünün taxta atmaları 25 m² sahədə və içərisində dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Qarajın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 02:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Faldarlı kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Şabran rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobili toqquşub, minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Geri

22 sentyabr 2022-ci il saat 00:15-dək:

Salyan şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanı 18 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunun Şeidlər kəndində bir dam altında tikilən ümumi sahəsi 100 m² olan birmərtəbəli evin və ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, evin və tövlənin damına yığılan 10 ton ot bağlaması yanıb. Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 sentyabr 2022-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.