Geri
23 iyun 2022-ci il saat 10:00-dək:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.
Geri
23 iyun 2022-ci il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri
23 iyun 2022-ci il saat 07:45-dək:
Cəlilabad rayonunun Sərhədabad kəndində həyətyanı sahədə yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri
23 iyun 2022-ci il saat 05:00-dək:
Salyan rayonunun Yenikənd kəndində 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Masallı rayonunun Çaxırlı kəndində 300 m² biçilməmiş taxıl sahəsi yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri
23 iyun 2022-ci il saat 00:15-dək:
Balakən rayonunun Katex kəndində ümumi sahəsi 156 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 48 m² sahədə və tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.