AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI








Geri

24 may 2022-ci il saat 12:45-dək:

Şirvan şəhərində “Şirvan Oil” əməliyyat şirkətinin ərazisində tutumu 20 ton olan yeraltı mazut çəninin içərisində mazut qalıqları yanıb. Yaxınlıqdakı neft boruları və çənlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 may 2022-ci il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

Geri

24 may 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

24 may 2022-ci il saat 07:45-dək:

Sabirabad rayonunun Bulaqlı kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Ərazidə olan ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Yeni Novruzlu kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin mətbəxində aspirator və mətbəx mebeli qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 3 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində ümumi sahəsi 24 m² olan qamış konstruksiyadan ibarət tövlə, yaxınlıqda yığılan 6 ton ot bağlamasının 3 tonu və 20 p.m. kol-kosdan ibarət çəpər yanıb. Yanğın zamanı 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı digər tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexində 1 ədəd hava kompressoru və 6 m² sahəyə yığılan ehtiyat hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

24 may 2022-ci il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Atyalı adlanan yaşayış massivində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.