AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Geri

08 dekabr 2022-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

08 dekabr 2022-ci il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub. FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacı hissələrə kəsərək götürülməsini, bununla da həmin ərazidə vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Geri

08 dekabr 2022-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

İsmayıllı şəhərində ümumi sahəsi 40 m² olan vaqon tipli evin bacasının ətrafı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 dekabr 2022-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

08 dekabr 2022-ci il saat 08:00-dək:

Qəbələ rayonunun Mirzəbəyli kəndində “BAЗ” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;


Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 78 m² olan taxta konstruksiyadan ibarət kotecin lambirdən ibarət üzlüyü 63 m² sahədə və içərisində olan əşyalar yanıb. Kotecin qalan hissəsi və yaxınlıqdakı koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

08 dekabr 2022-ci il saat 01:30-dək:

Göyçay şəhərində ümumi sahəsi 180 m² olan çayxananın sahəsi 12 m² olan otağında əşyalar yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Çayxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 dekabr 2022-ci il saat 00:15-dək:

Biləsuvar rayonunda (Ələt-Astara avtomobil yolunun 112-ci kilometrliyi) "ГАЗел" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 700 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilən dörd boksdan ibarət avtomobil təmiri sexinin ümumi sahəsi 45 m² olan boksunun içərisində avtomobil ehtiyat hissələri və digər əşyalar yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.