AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

17 oktyabr 2021-ci il saat 08:30-dək:

Füzuli rayonunun Kərimbəyli kəndində "Daewoo" markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 oktyabr 2021-ci il saat 08:00-dək:

Lənkəran şəhərində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunda “Mercedes” markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli evin bir otağında ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavan 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

17 oktyabr 2021-ci il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “ВАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.