AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Geri

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi DSX-da təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Qərargahında sahibsiz ionlaşdırıcı şüalanma mənbələrinin və nüvə materiallarının aşkar edilməsi və onların Azərbaycan Respublikasının sərhədindən keçirildiyi zaman saxlanılması hallarında dövlət orqanları və təşkilatlar tərəfindən görülən tədbirlərin əlaqələndirilməsi üzrə təlim keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd dövlət sərhədinin buraxılış məntəqələrində xidmət aparan hərbi qulluqçuların nüvə və radioaktiv materialların aşkarlanması üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması olub.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkil etdiyi təlim kurslarında iştirak etmiş ekspertlər – NRFTDA-nın Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev və Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov ionlaşdırıcı şüalanma və onun növləri, qapalı radioaktiv mənbələr, radiasiya təhlükəsizliyinin əsas prinsipləri və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsi, idxal/ixrac əməliyyatları, aktivlik limitləri və nəqliyyat indeksləri, sahibsiz ionlaşdırıcı şüalanma mənbələrinin və nüvə materiallarının aşkar edilməsi və onların Azərbaycan Respublikasının sərhədindən keçirildiyi zaman saxlanılması hallarında dövlət orqanları arasında əlaqələndirmənin təşkili mövzularında təqdimatlarla çıxış ediblər.

Təlimin praktiki hissəsində əvvəlcədən nəqliyyat vasitəsində gizlədilmiş mənbələrin radiasiya aşkar edən portal monitor vasitəsilə qeydə alınması, mənbələrin yerinin müəyyən edilərək nəqliyyat vasitəsindən kənarlaşdırılması, aşkar olunan mənbələrin identifikasiyası üzrə təlim həyata keçirilib.

Uğurla başa çatan təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

FHN Suraxanı rayonu 84 nömrəli məktəbdə təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən A.Muradov adına 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu