AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Geri

FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələrində taktiki-xüsusi təlimlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib.

Təlimlərin keçirilməsində məqsəd komandir-rəis heyətinin qərarların qəbulu, bölmələrin düzgün idarə olunması, qəza-xilasetmə işlərinin təşkili üzrə, eləcə də şəxsi heyətin xilasetmə sahəsində bilik və bacarığının, praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim planına əsasən, şəxsi heyət və texnikanın müvafiq hazırlıq dərəcələrinə gətirilməsi, şərti fövqəladə hadisə rayonuna yürüşünün keçirilməsi, “fövqəladə hadisə rayonunda” ümumi kəşfiyyat tədbirlərinin aparılması, zərərçəkmişlərin axtarışı, dağıntılar altından və yüksəklikdən xilas edilməsi, ilk yardımın göstərilməsi və təxliyəsi, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmə ocaqlarında fəaliyyət, yanğınların söndürülməsi, sanitar təmizləmə məntəqələrinin açılması, fövqəladə hadisə rayonundan təxliyə olunmuş əhalinin ilkin həyat fəaliyyətinin təminatı üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Uğurla keçirilmiş təlimlərin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN tərəfindən “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda növbəti seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən orta məktəbdə təlim keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsində yerləşən 26 nömrəli tam orta məktəbdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib. ...

Ardını oxu