AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI








Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, DYNX tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Yasamal rayonunda yerləşən Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Nizami rayonundakı 7 saylı doğum evində, Qaradağ rayonundakı 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Pirallahı rayonunda yerləşən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə, Səbail rayon T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, habelə Sumqayıt şəhər Psixiatriya xəstəxanasında, Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində, Masallı rayon Mərkəzi Kitabxanasında, Şəki şəhər 14 saylı Körpələr evi-uşaq bağçasında, “Aqroservis” ASC-nin Qobustan regional nümayəndəliyinin Kürdəmir rayon bölməsi, “Aqroservis” ASC-nin Göyçay və Ucar filiallarında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

 

 

Digər məlumatlar

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

Qəbələdə Ümumrespublika birinciliyinə start verilib

25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. ...

Ardını oxu

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində tədbirlər keçirilib. ...

Ardını oxu