AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI








Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Ağcabədidə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonunda yerləşən “Atena” süd emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbirdə istehsal sahələrində yanğın təhlükəsizliyi normaları, həmçinin adıçəkilən obyektdə yanğına qarşı tələblər barədə məlumat verilib. 

Bundan başqa, müəssisə ərazisinin istifadəsiz tullantılardan mütəmadi təmizlənməsinin, yanğınxəbərverici siqnalizasiya qurğularının və daxili yanğın su kranlarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, təxliyə planı barədə izahedici söhbətlər aparılıb, eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əməkdaşlara əyani şəkildə izah edilib.

Digər məlumatlar

FHN Dövlət Yanğından Mühafizə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub

16-20 may 2022-ci il tarixlərində  Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan......

Ardını oxu