AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI








Geri

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək

Bu gün faşizm üzərində Qələbənin 76 ili tamam olur. İkinci Dünya müharibəsində alman-faşist işğalçılarına qarşı mübarizədə Azərbaycan xalqı ön və arxa cəbhədə şücaət və igidliklər göstərərək, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirmiş, tarixi Qələbənin qazanılmasına öz dəyərli töhfələrini vermişdir. Azərbaycanın 600 mindən çox igid oğul və qızının yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçmiş, eyni zamanda xalqımızın çoxəsrlik qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmışdır. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfərinin Azərbaycanın nümayəndələri olması xalqımızın qürur mənbəyidir.

Azərbaycanın bizim ümumi Qələbəmizə böyük töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Bakı neftçilərinin İkinci Dünya müharibəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir: "Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini - neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı”.

Bu gün ölkəmizdə ön və arxa cəbhə veteranları, onların ailələri dövlət başçısı səviyyəsində yüksək qayğı və diqqətlə əhatə olunmuşlar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim qəhrəmanlıq salnaməmizə imzalarını atmış veteranlara yüksək dəyər verir, onlara diqqət və qayğısını əsirgəmir, sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır.

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu