AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI








Geri

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bununla bağlı paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli binanın dam örtüyündə peyk antenasının qopub asılı vəziyyətdə qalaraq, düşmə təhlükəsinin yaranması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və antenanın ərazidən kənarlaşdırılması təmin olunub.

Bundan əlavə, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünün qoparaq yerə tökülməsi və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə ünvanına cəlb olunan FHN XRXX-nin xilasediciləri müvafiq təhlükəsizlik tədbirləri görüb və ərazini təhlükəsizlik lenti ilə çəpərləyiblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

 

Digər məlumatlar

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu