AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ







Geri

03 avqust 2021-ci il saat 12:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Astara şəhəri, Heydər Əliyev prospektində, fəaliyyət göstərməyən, birmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ümumi sahəsi 6 m² olan 1 otağında təxminən 1 m² sahəyə yığılan plastik qablar yanır. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış, 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

03 avqust 2021-ci il saat 12:30-dək:

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 124 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Armudpadar kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın, mətbəxin yanar konstruksiyaları 47 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 avqust 2021-ci il saat 11:30-dək:

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.

Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər mürəkkəb dağ relyefi şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

03 avqust 2021-ci il saat 11:15-dək:

Ucar rayonunda fəaliyyət göstərməyən beton zavodun ərazisində “KamAZ” markalı avtokranın mühərrik hissəsi və yaxınlığında 10 m² sahədə quru ot yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 avqust 2021-ci il saat 09:30-dək:

Sabirabad rayonunun Beşdəli kəndində həyətyanı sahəyə yığılan 25 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 avqust 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 avqust 2021-ci il saat 07:30-dək:

Masallı rayonunun Xəlfələr kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.