AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ









Geri

22 iyun 2021-ci il saat 21:15-dək:

Ağdaş rayonunun Ağzıbir kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunda ümumi sahəsi 7000 m² olan istixananın polietilen üzlüyü 2000 m² sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Həsənli kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan istifadəsiz əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyun 2021-ci il saat 20:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə olan yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, quru ot, kol-kos, ağaclar və məişət tullantıları təqribən 4 ha sahədə yanıb.

Geri

22 iyun 2021-ci il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində əkin sahələrində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, təqribən 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yanğın söndürülüb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Geri

22 iyun 2021-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

22 iyun 2021-ci il saat 16:20-dək:

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə olan yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, təqribən 2 ha ərazidə təkər və məişət tullantıları yanıb.

Geri

22 iyun 2021-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Hal-hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

22 iyun 2021-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində transformatorun 1 ədəd elektrik açarı və çıxış kabeli 100 p.m yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyun 2021-ci il saat 09:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, digər otağının taxtadan ibarət tavanı 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 iyun 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nərimanov, Yasamal və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 10 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

22 iyun 2021-ci il saat 07:00-dək:

Ucar rayonunun Müsüslü kəndində ümumi sahəsi 300 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 20 ton ot bağlaması, yaxınlıqda 1 ədəd elektrik dirəyi və 1 ədəd sayğac yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli evin dam örtüyünün (qamış və metal konstruksiyadan ibarət) yanar konstruksiyaları 150 m² sahədə və 2 otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.