AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ





Geri

13 oktyabr 2021-ci il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

13 oktyabr 2021-ci il saat 20:25-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

13 oktyabr 2021-ci il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Aminova Zoya Stepanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

13 oktyabr 2021-ci il saat 16:45-dək:

Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağstafa rayonunun Poylu qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd divan və yataq dəsti yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 oktyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

13 oktyabr 2021-ci il saat 08:00-dək:

Bakı şəhəri, Nizami rayonunda yanğın nəticəsində ümumi sahəsi 1600 m² olan anbarın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 oktyabr 2021-ci il saat 08:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda, açıq ərazidə 6 m2 sahədə məişət tullantıları, yaxınlıqda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin dam örtüyü 0,5 m² sahədə qismən yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin bir hissəsi qarsalanıb. Evin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

13 oktyabr 2021-ci il saat 02:30-dək:

Şabran rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.