AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ






Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, 20 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi yanğın baş verdiyi ünvana cəlb olunub. 

Yanğınsöndürən və xilasedicilərin peşəkarlığı, fərdi şücaəti və koordinasiyalı fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülərək mənzillərə keçməsinin qarşısı alınıb və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəli vəziyyətdə qalmış 7 nəfər bina sakini təxliyə olunaraq həyatları xilas edilib.

Yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb, mənzillər yanğından mühafizə olunub.

Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.


Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu