AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ








Geri

Mülki müdafiə işlərinə həsr olunmuş müşavirə keçirilib

9 iyun 2021-ci il tarixində FHN-in Gəncə Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin əməkdaşlarının və yerli icra hakimiyyətlərinin mülki müdafiə qərargah rəisi vəzifələrini icra edən şəxslərin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərə göndərilmiş nümunəvi plan əsasında şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi və yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi ilə bağlı 22 aprel 2021-ci il tarixində FHN-in Cənub Regional Mərkəzində və 20 may 2021-ci il tarixində Şimal-qərb Regional Mərkəzində yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Belə tədbirlərin digər regional mərkəzlərdə də davam etdirilməsi nəzərdə tutulub.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu